“Mersedes”in sürücüsü İspaniya mükafat yarışını da qazandı

Bu gün İspaniyada Barselona şəhərinin trasında Formula1 dünya çempionatı çərçivəsində 6-cı mərhələ sona yetib. 

Allsport.az saytı xəbər verir ki, 66 dairənin yekununda, ötən 3 qran-pridə olduğu kimi, yenə Lüis Həmilton 1-ci yer tutub. “Mersedes”in sürücüsü 1 saat 31:45.279 vaxt sərf edib.

“Red Bull Xonda”dan Maks Ferstappen 2-ci, Almaniya komandasının digər pilotu Valtteri Bottas finişə 3-cü çatıblar.

Ötən həftə Böyük Britaniyanın Silverstoun trasında Maks Ferstappen hamını qabaqlamışdı.

Həmin kateqoriyadan