- Baxış sayı: 27
- 24 Mart 2023 18:10
- Baxış sayı: 27
- Mart 24, 2023
- 0
Allsport.az saytı xəbər verir ki, Monakoda keçiriləcək Formula-1 qran prisinə 3 aya yaxın vaxt qalmasına baxmayaraq, mərhələnin təşkilatçıları artıq hazırlıqlara başlayıblar. Yaxın həftələrdə şəhərin 3 yerində – Albert Bulvarına, Lui tunelinə və Dars Sid ərazisinə yeni asfalt döşənəcək.
Təxminən 15.000 kvadratmetr sahənin örtüyü dəyişdiriləcək. Asfaltın keyfiyyətinə və FIA standartlarına uyğun olaraq, hərəkətə mane olmamaq üçün işlər gecə saatlarında aparılır. Yeni mövsümdə Monako qran prisi mövsümün 7-ci mərhələsi kimi mayın 26-28-də keçiriləcək.