Nadalın forması xeyriyyə hərracında satıldı

İspan tennisçi Rafael Nadalın 2019-cu ildə “France open” turnirinin finalında geyindiyi futbolka xeyriyyə hərracında satılıb. Allsport.az xəbər verir ki, 33 yaşlı tennisçinin forması 22,4 min dollara satılıb.

Keçmiş ispan basketbolçu Xuan Karlos Navarronun futbolkası 6,7 min dollara sahibini tapıb. Mərhum basketbolçu Kobi Brayantın idman ayaqqabıları isə 6,6 min dollara satılıb.

Hərracdan əldə olunan gəlir koronavirus infeksiyası ilə mübarizəyə ayrılıb.

Həmin kateqoriyadan