Nigar Arpadarai: Azərbaycan qran-prisini dünyada 83 milyon insan izləyib

“Cari ildə Bakıda keçirilən Formula1 Azərbaycan qran-prisi dünyanın aparıcı kütləvi informasiya vasitələri – İngiltərənin məşhur “The Times” və “The Guardian” nəşrləri tərəfindən “2018-ci ilin ən yaxşı yarışı” adlandırılıb”. Allsport.az saytı xəbər verir ki, bu sözü Bakı Şəhər Halqası əməliyyat şirkətinin marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai jurnalistlərə müsahibəsində deyib.

Onun bildirdiyinə görə, televiziya auditoriyasında da Azərbaycan qran-prisi bir çox yarışlardan üstün olub. Bakıdalı ötüşməni dünyada 83 milyon insan izləyib. Yarışlarının təşkilatçısı “Formula One Management” şirkətinin statistikasına əsasən, izləyicilərin 76 faizi Bakı yarışından zövq alıb.

Bu da mövsüm ərzində ümumi göstəricidən yuxarıdır. Bakı trası bu baxımdan reytinqdə beşinci yeri tutur. Bakı şəhər halqasından irəlidə yalnız Böyük Britaniya (90 faiz), Avstriya (85 faiz), Braziliya (81 faiz) və Meksikadır (79 faiz) qərarlaşıb.

Həmin kateqoriyadan