- Baxış sayı: 42
- 17 İyul 2025 12:56
- Baxış sayı: 173
- İyul 17, 2025
- 0
Ölkə prezidenti İlham Əliyev iyunun 23-də Yevlax olimpiya idman kompleksində görülmüş işlərlə tanış olub. Allsport.az saytı xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov dövlətimizin başçısına həyata keçirilmiş işlər barədə məlumat verib.
Bu kompleks dövlət başçısının fərmanı ilə təsdiq edilmiş “Azərbaycan respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqram”ı çərçivəsində inşa olunur. Tikintisinə 2024-cü ilin yanvarında başlanılan kompleksin əsas binasında yerləşən universal idman zalı 1100 tamaşaçı tutumuna malikdir.
Burada basketbol, voleybol, həndbol, minifutbol, badminton, gimnastika, cüdo, güləş, taekvondo, boks, karate və idmanın digər növləri üzrə məşqlərin və yarışların keçirilməsi nəzərdə tutulur. Binada, eyni zamanda, 80 nəfərlik iclas zalı, hakim, həkim, məşqçilər, şərhçilər üçün otaqlar, kafe olacaq. Kompleksdə 21 otaqdan ibarət 42 yerlik dördmərtəbəli mehmanxana və restoran da fəaliyyət göstərəcək. Burada 1300 tamaşaçı tutumuna malik tribunası olan, standartlara cavab verən futbol meydançası, həmçinin iki minifutbol meydançası yaradılacaq.
Bu il sentyabr ayının sonunda Azərbaycanda keçiriləcək MDB ölkələrinin III oyunları zamanı boks idman növü üzrə yarışlar Yevlax olimpiya idman kompleksində təşkil ediləcək.