Ölkə başçısı Azərbaycan mükafat yarışı ilə bağlı sərəncam imzalayıb

Martın 29-da Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan qran prisinin təşkili və keçirilməsi ilə bağlı ölkəyə səfər edəcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsinə dair sərəncam imzalayıb.

Allsport.az saytı xəbər verir ki, buna əəsasən, Formula-1 yarışlarının beynəlxalq təşkilatçıları olan “Formula One Management Limited” şirkətinin və Beynəlxalq avtomobil federasiyasının müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı və ya akkreditasiyadan keçməni təsdiq edən digər sənəd, Bakı şəhər halqası əməliyyat şirkətində akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı, eləcə də Azərbaycan mükafat yarışına bilet, o cümlədən elektron bilet və ya biletin əldə olunmasını təsdiq edən sənədlərdən biri viza verilməsi üçün əsas hesab olunur.

Həmin kateqoriyadan