Ağalıda şahmata maraq artırılır

Zəngilan rayonu Ağalı kəndi tam orta məktəbində gənclərin idmana maraqlarının artırılması və sağlam həyat tərzinin təşviq edilməsi məqsədilə tədbir keçirilib. Allsport.az xəbər verir ki, bu, Şərqi Zəngəzur 1 saylı bərpa, tikinti və idarəetmə xidməti, Azərbaycan şahmat federasiyası (AŞF) və “Sumqayıt” futbol klubunun birgə təşkilatçılığı ilə gerçəkləşib.

Məktəblilərlə görüşdə AŞF-nin prezidenti, beynəlxalq şahmat federasiyasının vitse-prezidenti Mahir Məmmədov Azərbaycanda uğurla həyata keçirilən dövlət gənclər siyasətindən, yeniyetmə və gənclərə göstərilən diqqət və qayğıdan, şahmat oyunun fərqli düşünmənin, uzaq-görənliyin, təhlil etmə qabiliyyətinin və kreativliyin inkişafına müsbət təsirindən danışıb.

Federasiya tərəfindən müəllimlərin təkminləşdirmə kurslarının təşkil ediləcəyini deyən Mahir Məmmədov hər bir məktəblini internet üzərindən AŞF tərəfindən təşkil ediləcək şahmat dərslərinə də dəvət edib.

İşğaldan azad olunmuş ərazilərdə idmanın gələcək inkişafından danışan Sumqayıt klubunun prezidenti Riad Rəfiyev gənclərin fiziki sağlamlığının önəmini vurğulayıb.

Sonda məktəblilərə şahmat üçün lazım olann lövhələr, kitablar, futbol formaları və toplar hədiyyə edilib.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish