Ötüşmə günlərində Bakıda hava necə olacaq?

Formula1 üzrə dünya çempionatının 8-ci mərhələsi çərçivəsində 23-25 iyunda keçiriləcək Azərbaycan qran-prisi üçün ilkin hava proqnozu günəşli hava vəd edir. Allsport.az saytı xəbər verir ki, amma güclü külək komandaların işini çətinləşdirə bilər. Cümə günü hava buludsuz olacaq, hərarət 28 dərəcəyə çatacaq.

Şənbə günü külək güclənəcək, gündüz saatlarında 29 dərəcə isti olacaq. Bazar günü də havanın günəşli olacağı, küləyin bir balaca səngiyəcəyi, gündüz 28 dərəcə isti olacağı proqnozlaşdırılır. Həftəsonu yağıntı gözlənilmir.

 

Həmin kateqoriyadan