- Baxış sayı: 66
- 25 May 2025 20:11
- Baxış sayı: 64
- İyun 23, 2025
- 0
İyunun 8-də Pirallahıda yerləşən Nərəkənd parkında gənclər və idman bazirliyi, Bakı şəhər halqası, Azərbaycan triatlon federasiyası və “Triterra” triatlon klubunun təşkilatçılığı ilə “İronWind” beynəlxalq triatlon yarışı baş tutub.
Allsport.az xəbər verir ki, turnirdə ümumilikdə 15 ölkədən 108 idmançı iştirak edib. Onlar 1.9 km üzgüçülük, 90 km velosiped sürmə və 21 km qaçışdan ibarət məsafəni qət ediblər.
Kişilər arasında Aleksandr Mordasov (Ukrayna), Toğrul Məmmədli (Azərbaycan) və Roman Qlavatski (Ukrayna) qalib gəliblər. Qadınlar arasında isə Alyona Puçkina (Qırğızıstan), Nataliya Vallek və Rəbiyyə Orucova (hər ikisi Azərbaycan) fərqləniblər.