- Baxış sayı: 42
- 17 İyul 2025 21:42
- Baxış sayı: 211
- İyul 17, 2025
- 0
Qadın güləşi üzrə milli ölkə xaricində təlim-məşq toplanışına başlayıb.
Allsport.az xəbər verir ki, komanda iyunun 8-dən Türkiyənin Niğdə şəhərində yerli yığma ilə birgə TMT-yə start verib.
İyunun 25-dək davam edəcək hazırlıq prosesinə Qazaxıstan və Qırğızıstan seçmələrinin də qoşulması gözlənilir.
Qarşıdakı beynəlxalq yarışlara hazırlıq xarakteri daşıyan toplanışda baş məşqçi əvəzi Toğrul Əsgərov və böyük məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Əsmər Canqurtaran (50 kq), Elnurə Məmmədova (53 kq), Nərgiz Səmədova, Gültəkin Şirinova (hər ikisi 55 kq), Jalə Əliyeva (57 kq), Günay Qurbanova (59 kq), Ruzanna Məmmədova və Birgül Soltanova (hər ikisi 62 kq) yer alıb.
Toplanış bitdikdən sonra Günay və Ruzanna U20 Avropa çempionatında iştirak etmək üçün İtaliyanın Kaorle şəhərinə yollanacaq. Digər güləşçilər isə Türkiyənin Qocaeli şəhərində keçiriləcək Yaşar Doğu, Vəhbi Əmrə və Həmid Qaplanın xatirə turnirində iştirak edəcək.