“Red Bul” APL ilə əməkdaşlıq edəcək

Allsport.az saytı xəbər verir ki, Avstriya komandası APL idmam ayaqqabları istehsalçısı ilə uzunmüddətli müqavilə imzalayıb. “Atletik Propulsios Labs” lüks idman ayaqqabıları komandanın pilotları və işçi qüvvəsi üçün təmin edəcək. “Red Bul” rəhbəri Kristian Xorner yeni partnyorluq haqqında fikirlərini belə bölüşüb:

”Formula-1 yarışları daim tədqiqat, təhlil və innovasiya vasitəsilə mükəmməlliyə can atmaq üçün inkişaf edir. Bu işdə APL markasının hədəfləri bizimlə üst-üstə gəlir. Onların dizaynı Formula-1 çempionatına xas olan idman performansının mexanikasını, eləcə də üslub və kreativliyi təsvir edir. Biz birlikdə əməkdaşlıq edəcəyimizi səbirsizliklə gözləyirik”.

Həmin kateqoriyadan