“Red Bull” yeni mövsümdə də mübarizədən geri qalmayacaq

Avstraliyalı keçmiş Formula-1 pilotu Mark Vebber, yeni mövsüm öncəsi açıqlama verib. Allsport.az saytı xəbər verir ki, o, “Red Bul”un geri qalmayacağını düşümür və keçən il xərclərin həddi keçdiyi üçün cərimələrə baxmayaraq, mübarizədə hətta təhlükəli olacağını hesab edir.

Ötəm çempionatda “Qırmızı öküzlər” dubl edərək, 2013-cü ildən sonra hər 2 kuboku qazanıb. Gənc sürücü Maks Ferstappen 2-ci tituluna gedən yolda ardıcıl 15 qran pridə fəxrü kürsüyə yüksələrək, rekord nəticə ilə hamıdan üstün olub.

Maksın komanda yoldaşı Serxio Perezin isə, bir neçə qələbə ilə mövsüm boyu maksimum xal qazanıb. Potensial rəqiblərdən sayılan “Ferrari”çempionata daha inamlı başlasada , “Red Bull” son 11 yarışın 10-nunda liderliyə yüksələrək, dominantlığını davam edib.

Həmin kateqoriyadan