- Baxış sayı: 64
- 15 İyun 2026 10:57
- Baxış sayı: 80
- İyun 18, 2026
- 0

Kristian Horner “Red Bull”un Formula-1 komandasının rəhbəri vəzifəsindən qovulub.
Allsport.az xəbər verir ki, onu əvvəllər “Reysinq Bulls”un rəhbəri olmuş Loran Mekis əvəzləyib.
Horner 20 il müddətində “Red Bull”un rəhbəri idi. Bu müddət ərzində komanda fərdi hesabda 8 çempionluq və 6 mühəndislər kubokunu qazanıb.