Ruslan Qurbanovu “Neftçi”nin düşərgəsinə buraxmayıblar

Məlum olduğu kimi, Azərbaycan millisinin üzvü Ruslan Qurbanov avqustun son günlərində gözlənilmədən “Neftçi”dən ayrılaraq “Qəbələ”yə keçdi. Allsport.az saytı xəbər verir ki, həmin günlərdə yığmanın toplanışında olan futbolçu şəxsi əşyalarını “Neftçi”nin bazasında qoyub.

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində San Marinoya qarşı səfər oyunundan sonra, “Neftçi”nin düşərgəsinə gələn və əşyalarını götürmək istəyən Qurbanovu içəri buraxmayıblar. Təhlükəsizlik xidmətinin əməkdaşları ona ora girməyin qadağan edildiyini bildiriblər.

Azerisport.az-in məlumatına görə, hücumçu AFFA-nın baş katibi Elxan Məmmədova şikayət edəcəyini bildirəndən sonra onun əşyalarını götürməsinə şərait yaradılıb.

Həmin kateqoriyadan