Sərbəst yürüşdə 3 təcrübəli pilot qəza törədib

ABŞ-ın Mayami şəhərində Formula-1 üzrə mövsümün 5-ci yarışının sıralanma turu başa çatıb.

Allsport.az saytı xəbər verir ki, sərbəst yürüşlərdə 3 təcrübəli pilot – Vallteri Bottas (“Alfa Romeo”), Karlos Sayns (“Ferrari”) və Esteban Okon (“Alpin”) qəza törədiblər. Adı son çəkilən komandasının sürücüsünün qəzası, onu növbəti çıxışdan da məhrum edib.

Beləliklə, Şarl Lekler (“Ferrari“) çempionatda 3-cü, karyerasının isə 12-ci poulunu qazanıb. Onun komanda yoldaşı Karlos Sayns 2-ci olub. “Red Bul”un sürücüləri Maks Ferstappen 3-cü və Serxio Peres 4-cü yerdən yarışa başlayacaq.

Həmin kateqoriyadan