Şarl Lekler: İndi istədiyimiz formadan uzağıq

Allsport.az saytı xəbər verir ki, “Ferrari” komandasının pilotu yeni mövsümün iki yarışından sonra, 36 xal qazanıb. Şəxsi hesabda o, lider Maks Ferstappendən geri qalaraq, 2-ci yerdə qərarlaşıb. Monakolu sürücü fikrini belə bölüşüb:

”Bu il titul qazanmaq mümkündür. Yeni mövsüm tezə başlayıb. İşlərimiz qaydasındadır. Həftə sonu qələbə üçün mübarizə aparacağıq deyərək özümüzü aldada bilmərik. İndi istədiyimiz formadan uzağıq, amma bu o demək deyil ki, komanda özünü demotivasiya etməlidir.

Mövsüm uzun olduğu üçün, növbəti yarışlarda maşını təkmilləşdirmək planlarımız var. Ümid edirəm ki, yeni elementlər başqa liqada yer alan “Red Bull” ilə fərqi aradan qaldıracaq. “Aston Martin” bolidləri də yarışda çox sürətlidilər. Biz işləməyə davam etməliyik. Bu o demək deyil ki, titul uğrunda mübarizə artıq bitib, qarşıda hələ çox yarışlarımız var.”

Həmin kateqoriyadan