Şarl Lekler: Yeni müqaviləni müzakirə etmirəm

Allsport.az saytı xəbər verir ki, “Ferrari” komandasının pilotunun müqaviləsi 2024-cü ildə bitir. Artıq bir neçə aydır ki, kütləvi informasiya vasitələri sürücünün “Mersedes”in kollektivinə keçəcəyini müzakirə edir. Şayələrə son qoymaq üçün monakolu heç bir komanda ilə danışıqlar aparmadığını açıqlayıb. Şarl Lekler bu barədə fikirlərini belə bölüşüb:

”Mənim tələsmək üçün heç bir səbəbim yoxdur. Hazırda “gümüşü oxlar” ın kollektivinə qatılacağım müzakirə olunsada , şəxsən heç kim ilə danışıqlar aparmıram. Özümü “Ferrari” də çox rahatam. Burada böyük dəstək hiss edirəm və bu tutul qazanmağım üçün məni daha da ruhlandırır.

Gələn həftə Bəhreyinə yollanacağıq. Mübarizəyə qayıtmaq üçün çox səbirsizlənirəm. Yeni yarış avtomobili haqqında fikirlərimi bölüşə bilməyəcəm. İlkin təsuratlarımız yüksək olsada, önəmli olan digər bolidlər ilə müqayisədə qazanacağımız nəticədir”.

Həmin kateqoriyadan