Şarlın saatının oğruları tapılıb

Allsport.az saytı xəbər verir ki, İtaliya polisi ötən il Şarl Leklerın dəbdəbəli “Richard Mille” saatının oğurlanması ilə bağlı şüphəli 4 nəfəri həbs edib. Ötən il “Ferrari”nin pilotu dostları və məşqçisi ilə bərabər yerli restoranın birində nahar edərkən, bir neçə nəfər ona şəkil çəkdirmək bəhanəsi ilə yaxınlaşıb.

Bu zaman quldur yarışçının saatını əlindən çıxarıb. Zinyət əşyasının dəyəri 320 min ABŞ dolları təşkil edir. Polisin açıqlamasında bildirilir ki, şübhəli şəxslərdən birinin mənzilində axtarış zamanı 2 qiymətli saat tapılıb.

Həmin kateqoriyadan