Sebastyan Fettel: Bu il “Ferrari” komandası yaxşı vəziyyətdədir

“Ferrari”nin sürücüsü Sebastyan Fettel, komandasının bu il daha yaxşı vəziyyətdə olduğunu deyib. Allsport.az saytı f-1.az-a istinadən xəbər verir ki, Kimi Rəykkönen və o, 8 günlük testlərin ən sürətlisi olublar: “Məncə, keçənilkindən yaxşı hazırlaşdıq və daha çox dövrə vurduq. Komanda artıq yaxşı vəziyyətdədir.

Ötən il bizim üçün vacib idi və çox şey öyrəndik. Nəticələrə baxsaq, uğursuz mövsüm idi, amma arxa planda çox işlədik. Bir addım irəli getmək çox vacib idi. Ümid edirəm ki, bunu bacarmışıq. Melburndan və ya ilk yarışlardan sonra əsl sıralanmanı görə bilməyəcəyik”.

 

Həmin kateqoriyadan