Sebastyan Fettel: Mersedes gücünü gizlədir

“Ferrari” komandasının sürücüsü Sebastyan Fettel maraqlı açıqlama ilə çıxış edib. Allsport.az saytının məlumatına görə, o, “Mersedes”in Rusiyada cümə sərbəst yürüşlərində sürətini gizlətdiyini deyib. F-1.az xatırladır ki, almaniyalı pilot Soçidə cümə gününün ən sürətlisi olub və “Mersedes”dəki həmkarlarını 0.7 saniyə qabaqlaya bilib.

“Onlar güclənəcəklər. Sürətlərini gizlədirlər. Bu tras onlar üçün əlverişlidir və buna görə də güclü olacaqlar. Keçən il də cümə günündən sonra səhv xatırlamıramsa, “Uilliams” komandasının güclü olacağı gözlənilirdi, amma sonda “Mersedes” qalib gəlmişdi. Bəzən belə hallar olur. Boliddəki yanacaq yükü, mühərrik rejimləri kimi şeyləri dəyişdirə bilirik. İnanmıram ki, cümə günü bütün potensiallarını ortaya qoyublar. Yaxşı dövrə vura bilmədilər. Buna görə də aradakı fərq sünidir.

Cümə günündən sonra tam olmasa da, xoşbəxtik. Səhər çətin başlanğıc etdik və ilk SuperSoft təkərləri işlədə bilmədik. Bir az sürətlənməliyik. Sessiyanın sonunda bolidi tanımağa başladıq və performansımız yaxşıdır. Amma bir az da güclənə bilərik. Görək nə edirik. Sazlanmalarda çox dəyişiklik etmədik, çünki sürətlənməli idim”- deyə, Sebastyan Fettel bildirib .

Həmin kateqoriyadan