- Baxış sayı: 35
- 19 İyun 2025 12:26
- Baxış sayı: 54
- İyun 20, 2025
- 0
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci il dönümünə həsr edilən avarçəkmə üzrə “Prezident kuboku-2025” reqatasının açılış mərasimi keçirilib.
Allsport.az xəbər verir ki, Suqovuşanda təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Daha sonra Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Azərbaycan avarçəkmə və kanoe dederasiyasının (AKAF) baş katibi Fərhad Əliyev yarış iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.
Avropa kanoe assosiasiyasının (ECA) prezidenti Jan Zunqrana yerli sakinlərə, gənclər və idman nazirliyi, AKAF-a qonaqpərvərliyə və yüksək təşkilatçılığa görə təşəkkürünü bildirib.
Gənclər və idman naziri Fərid Qayıbov bildirib ki, əvvəlki illərdən fərqli olaraq, budəfəki reqatada daha çox ölkənin idmançıları iştirak edirlər. O, yarışı rəsmi olaraq açıq elan edib.
“Prezident kuboku-2025” beynəlxalq reqatasında 20-dən çox ölkədən 200-dən çox idmançı iştirak edir. Bu gün Suqovuşanda start götürəcək yarış mayın 1-2-də Mingəçevir “Kür” olimpiya tədris-idman mərkəzində davam edəcək.