Türkiyəli sürücü: İlk dəfə Formula-2 maşınlarını Bakıda görmüşdüm

“2018-ci ildə F-1 Esports sürücüsü olaraq, ilk dəfə Bakıda olmuşdum. Formula-2 maşınlarını burada görmüşdüm və o vaxtdan bəri F-2-də çıxış etmək arzusu məni tərk etməyib. 4 il sonra yenidən Azərbaycan paytaxtındayam, amma bu dəfə F-2-də ötüşmək üçün. Mən xəyalımı yaşayıram”.

Allsport.az saytı xəbər verir ki, bu sözü Bakı halqasında keçirilən Formula-2 yarışında mübarizə aparan ilk türkiyəli pilot Cem Bölükbaşı deyib. Onun çıxışı həm yerli media, həm də Formula azarkeşləri arasında böyük maraqla qarşılanıb.

Karyerasına kartinqlə başlayan Cem, müxtəlif dünya səviyyəli traslarda ötüşüb və sonradan virtual yarışlarda kifayət qədər uğur qazanıb. O, 2017-ci Əbu-Dabidə rəsmi Formula-1 Esportsda dünya 5-cisi, 2018-ci ildə “Red Bull Toro Rosso” komandasının heyətində dünya 2-cisi olub. Hazırda “Çarouz Racinq Sistem”in sürücüsü kimi Formula 2-də mübarizə aparır.

Həmin kateqoriyadan