UFC döyüş gecəsinin azərbaycanlı idmançıları ilə görüş

İyunun 30-da gənclər və idman naziri Fərid Qayıbov paytaxtda 2-ci dəfə təşkil olunan UFC döyüş gecəsində ölkəmizi təmsil etmiş Rafael Fiziyev, Fərman Həsənov, Nazim Sadıxov və Tahir Abdullayevi qəbul edib.

Allsport.az saytı xəbər verir ki, görüş zamanı Azərbaycan idmançılarının turnirdəki çıxışları, yarış təəssüratları və gələcək planları ətrafında fikir mübadiləsi aparılıb. Nazir idmançıları nümayiş etdirdikləri mübarizəyə görə təbrik edib, onlara qarşıdakı yarışlarda uğurlar arzulayıb.

Xatırladaq ki, iyunun 27-də Bakıda təşkil olunan bütün dünyanın diqqətlə izlədiyi tədbirdə Azərbaycan idmançılarından Rafael Fiziyev, Fərman HəsənovTahir Abdullayev qələbə qazanıblar.

Həmin kateqoriyadan