Əbusufyan, İsrael ilə döyüşmək istəyir

Dağıstan əsilli, Almaniyanı təmsil edən UFC döyüşçüsü Əbusufyan Məhəmmədov Bakıda keçirilən turnirdə qazandığı qələbəni dəyərləndirib. Allsport.az saytı xəbər verir ki, o, qələbədən sonra keçirilən mətbuat konfransında fikirlərini bildirib:

“Güclü rəqib üzərində qazandığım qələbədən razıyam. Onun böyük təcrübəsi var idi, buna görə də diqqətimi bir an belə itirə bilməzdim. Sevindiricidir ki, sonda hər şey istədiyim kimi alındı.

Fikrimdə bir rəqib var və ümid edirəm ki, mənə onunla döyüşmək imkanı veriləcək. Bu, İsrael Adesanyadır. Hazırda biz artıq demək olar ki, eyni səviyyədəyik. Ümid edirəm ki, bu çıxışımdan sonra onunla döyüşmək haqqını qazandım.

Niyə məhz Adesanya? Çünki o, mənim haqqımda xoşagəlməz fikirlər səsləndirmişdi. Mən ona hörmət edirəm, o, güclü çempion olub. Amma indi mənim vaxtımdır. Adətən rəqiblərə çağırış etmirəm, lakin Adesanya üçün istisna edirəm”.

Həmin kateqoriyadan