“Ümidvarıq ki, gələcəkdə yarışlarımız da belə keçəcək”

“Ləndmark” ticarət mərkəzində şahmatşıların ölkə çempionatı sona yetdi. Allsport.az saytı xəbər verir ki, 26 kişinin qatıldığı yarışda mükafat fondu 60 min, 16 qadının mübarizə apardığı rəqabətdə 30 min manat təşkil etdi. Azərbaycan şahmat federasiyasının prezidenti Mahir Məmmədov tədbiri belə dəyərləndirdi:

“Müstəqillik dövrümüzdə ilk dəfə ən güclülərin iştirak etdiyi və nokaut sistemi ilə keçirilən Azərbaycan çempionatı çox gərgin mücadilə altında oldu. Finallarda rəqabət daha güzəştsiz keçdi. Bütün sayılıb-seçilən şahmatçıların bu çempionatda iştirakından məmnunuq. Bu yarışı rekord sayda insan izləyib. Oyunları yerli televiziyalar yüksək səviyyədə işıqlandırdılar.

Bu çempionat böyük tamaşaçı marağına səbəb oldu. Ümidvarıq ki, gələcəkdə yarışlarımız da belə keçəcək. Artıq, ölkə çempionatında iştirak, şahmatçılarla əməkdaşlığın baza prinsiplərindın biridir.

Bu rəqabət müstəsna olmayacaq – bunca güclü heyət, təmtəraq, maraq, gözoxşayan oyunlar, gərgin mübarizələr, dramatik dönüşlər və gedişlər – bunlar hamısı bizim gələcəkdə təşkil ediləcək Azərbaycan çempionatlarının əsas tərkib hissəsi olacaq”.

Həmin kateqoriyadan