- Baxış sayı: 40
- 05 May 2026 19:21
- Baxış sayı: 126
- May 04, 2026
- 0

Azərbaycan qran-prisi ərəfəsində “Setanta Sports” telekanalı sosial şəbəkələrdə çox maraqlı karikatura paylaşıb. Allsport.az saytı xəbər verir ki, həmin paylaşımda İçərişəhərin əksində 3 Formula-1 çempionu (birgə 13 titul) təsvir edilib və onların hər biri asanlıqla tanınan azərbaycanlı obrazındadır:
Fernando Alonso adəti beysbolkası ilə əlində maşın hissəsi açarı, Sebastyan Fettelin başında buxara papaq, Lüis Həmiltonun əynindəki əlbəsənin döşündə 7 orden. Bu mənzərəni nərd oyunu tamamlayır.
Cari mövsümdə Odlar yurdu 6-cı dəfə Formula-1 yarışına ev sahibliyi edəcək. Ötüşmələr iyunun 10-dan 12-dək Bakı şəhər halqasında olacaq.