Valtteri Bottas: Bakı trasında Monakodakı kimi sərt döngələr yoxdur

Formula-1 komandaları növbəti həftəsonu Bakı şəhər halqasında keçiriləcək Azərbaycan qran-prisinə hazırlaşırlar. Allsport.az saytı xəbər verir ki, artıq bəzi pilotlar yarış ehtimal ilə diqqət çəkməyə başlayıblar. “Alfa Romeo”nun sürücüsü Valtteri Bottas ötüşmənin onlar üçün uğurlu keçəcəyinə inandığını söyləyib:

“Bizim bolidin texniki keyfiyyətləri Monakodakı döngələrə uyğun deyil. Bakıdakı trasın döngələri isə standartdır. Orada Monakodakı kimi sərt döngələr yoxdur. Yalnız İçərişəhər ətrafında sərt döngəyə rast gəlirik. Bu da bizim xeyrimizə işləyəcək”.

Finlandiyalı pilot Monako qran-prisini 9-cu sırada başa vurub. Formula-1 Azərbaycan mükafat yarışı iyunun 10-12-də keçiriləcək.

Həmin kateqoriyadan