“Yas Marina” trasının konfiqurasiyası dəyişdirilib

Birləşmiş Ərəb Əmirliklərinin “Yas Marina” trasının konfiqurasiyası dəyişdirilib. Allsport.az saytı xəbər verir ki, bundan sonra maşınların sürətinin 10-15 saniyə artacağı gözlənilir.

Layihəni həyata keçirən “Driven İnternational” şirkətinin icraçı direktorunun sözünə görə, simulyatorlarla təcrübə apardıqdan sonra belə bir dəyişiklik etmək qərarına gəliblər. O, DRS sistemi və bolidlərin bir-birindən fərqli olmasından asılı olmayaraq bütün yarış maşınlarının sürətinin artacağını söyləyib.

Qeyd edək ki, tras dekabrın 12-də Formula-1 üzrə dünya çempionatının sonuncu mərhələsinə ev sahibliyi edəcək.

Həmin kateqoriyadan