Zərərli vərdişlərlə mübarizəyə dəstək məqsədilə veloyürüş

Zərərli vərdişlərlə mübarizəyə dəstək məqsədilə veloyürüş keçirilib. Allsport.az saytı xəbər verir ki, Türkiyənin “Yaşılay” cəmiyyətinin təşəbbüsü, “Zərərli vərdişlərə qarşı” ictimai birliyinin dəstəyi və velosiped federasiyasının təşkilatçılığı ilə baş tutan tədbirə Azneft dairəsindən start verilib.

Velosipedçilər dənizkənarı bulvarla hərəkət edərək, “Hərbi qənimətlər” parkının qarşısında yürüşü başa vurublar. Bu gün zərərli vərdişlərə qarşı mübarizə məqsədilə dünyanın 75 ölkəsində veloyürüş keçirilib.

Həmin kateqoriyadan