- Baxış sayı: 37
- 23 İyun 2025 14:49
- Baxış sayı: 65
- İyun 23, 2025
- 0
Yeddi ölkə Azərbaycanda keçiriləcək III MDB oyunlarında iştirakını təsdiqləyib.
Allsport.az xəbər verir ki, hazırda yarışda iştirak edəcək nümayəndə heyətlərinin qeydiyyatının davam etdiyi bildirilib.
Bu günə olan məlumata əsasən, MDB məkanını təmsil edən 7 ölkədən 23 idman növü üzrə ümumilikdə 1659 idmançı qeydiyyatdan keçib. Qeydiyyatdan keçmiş nümayəndələrin ümumi sayı isə 2385 nəfərdir.
Komanda idman növləri üzrə – futbol (U-16), basketbol 3×3 və voleybol yarışlarında 6 ölkə iştirakını təsdiqləyib. Güləş, boks, cüdo və taekvondo kimi fərdi növlərdə isə 100-dən çox idmançı qeydiyyatdan keçib.
İlkin mərhələdə yalnız MDB ölkələrinin nümayəndə heyətləri qeydiyyatdan keçirilir. İkinci mərhələdə isə qeydiyyat MDB-yə üzv olmayan, yarışda xüsusi dəvət əsasında iştirak edən ölkələrin nümayəndə heyətləri üçün aparılır. Ümumilikdə oyunlara dünyanın 23 ölkəsindən 5500-ə yaxın iştirakçının qatılması gözlənilir.
III MDB oyunları 28 sentyabr – 8 oktyabrda Azərbaycanın 7 şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək.