- Baxış sayı: 34
- 04 Avqust 2026 11:15
- Baxış sayı: 238
- İyul 30, 2026
- 0

Braziliyalı qarışıq döyüş sənətləri (MMA) idmançısı Allan Nasimento 34 yaşında vəfat edib.
Allsport.az xəbər verir ki, idmançı yuxuda ikən ehtimal olunan ürək tutmasından sonra həyat əlamətləri olmadan tapılıb.
Hadisə yerinə gələn tibb işçiləri ölüm faktını təsdiqləyiblər.
Nasimento ən yüngül çəki dərəcəsində çıxış edirdi. MMA karyerası ərzində o, 22 qələbə qazanıb və 7 dəfə məğlub olub. UFC turnirləri çərçivəsində braziliyalı 6 döyüş keçirib, onlardan dördündə qalib gəlib, ikisində isə uduzub.