Alen Prost: “Aston Martin” digər komandalara meydan oxuyur

Allsport.az saytı xəbər verir ki, 4-qat sabiq Formula-1 çempionu Alen Prost mövsündə iştirak edən komandaların hazırda böhran içində olduğunu hesab edir. O bu barədə Avstraliya qran prisindən sonra künc yazısında fikrini azarkeşlər ilə bölüşüb: ”Mövsümün qəribə bir başlanğıçının şahidi olduq. Nəzər yetirsək, müəyyən mənada böhran müşayidə edirik. Bu artıq bütün səviyyələrdə hiss olunur. Biz istehsalçı komandaları və ya zəngin tarixə malik kollektivləri problemlər ilə qarşılaşdığlarını görürük.

Məsələn, “Maklaren” nəinki yeniliklər etmir , hətta hər il geriyə düşür. “Alpin” kollektivi çox ləng irəliləyir. ”Mersedes”dən danışırıqsa, o zaman onlar hamı tərəfindən qəbul edilmiş innovativ konsepsiyasına sadiq qalmağa davam edirlər, lakin bunun hələki nəticəsi yoxdur. “Red Bull” da bütün sistem bir pilot Maks Verstappen üzərində qurulub. Belə yanaşma əvvəllər effektiv idi, lakin indi uğursuzluğun ilk əlamətlərini hiss olunur. Serxio Peres komandaya artıq uyğunlaşıb və qalib gələ biləcəyini anlayır. O, yarışlarda güzəştə getmək istəmir.

“Red Bull”un üstünlüyü belə davam etsə, növbəti bir neçə həftə mövcud dünya çempionları üçün çox çətin olacaq. Məlumdur ki, hər an gözlənilməz nəsə baş verə bilər. Zirvədə olsanız belə, böhran gözlənilməz an baş verə bilər. “Ferrari” komandaya yeni liderlik gətirmək qərarına gəldi, həm də əcnəbi, lakin bu gün bizim görmək istədiyimiz nəticələr yoxdur.

Yazın gələcəkdə olmayacağını kimi təssürat yaradır. “Aston Martin” keçən mövsümdən sonra özünü yenidən kəşf etməyə başlayıb. Onlar tərəddüd etmədən pilotlarını dəyişərək, Fernando Alonsonu sabiq çempion Sebastyan Fettelin yerinə dəvət ediblər. Kollektivə təkmilləşmək üçün vaxt lazım idi və indi zirvədədir. Bu qərarla komanda çempipnatdakı rəqiblərinə dərs verdilər”.

Həmin kateqoriyadan