AMADA və “SME HÜQUQ” arasında əməkdaşlıq

Milli antidopinq agentliyi elan etdiyi idmançı hüquqları ayı (sentyabr) çərçivəsində bu niyyətin qorunmasını daha gücləndirmək məqsədi ilə yeni layihələr həyata keçirir.

Allsport.az saytı xəbər verir ki, növbəti belə addım antidopinq icraatları zamanı idmançı hüquqlarının qorunması və onlara vacib hüquqi yardımın göstərilməsi ilə bağlıdır.

Bunun üçün AMADA və “SME HÜQUQ” MMC arasında əməkdaşlıq barədə anlaşma memorandumu imzalanıb. Razılaşmaya əsasən hər il daha 5 idmançı ödənişsiz hüquqi yardımla təmin ediləcək. Sənədi AMADA-nın direktoru Şəfəq Hüseynli və SME HÜQUQ” MMC-nin direktoru Ruslan Muxtarov imzalayıb.

Həmin kateqoriyadan