Avstraliya qran prisinin statistikası nə vəd edir?

Allsport.az saytı xəbər verir ki, bu həftə təqvimin 3-cü yarışı keçiriləcək. “Albert park” avtodrumunda təşkil olunacaq mərhələ 31 martdan 2 aprelədək davam edəcək. Melburn ölkənin 2-ci ən böyük şəhəri və Viktoriya əyalətinin paytaxtıdır. Şəhər magistralı müvəqqəti statusa malikdir və süni gölün sahilindəki biznes mərkəzində yerləşən “Albert park”ın yolları boyunca salınıb.

Ötən il tras yenidən təkmilləşdirilib. Avtodrom beş saniyə sürətlənib və yeni tribunalar tikilib. Tribunaların ikisi sabiq dünya çempionları Cim KlarkNiki Laudanın adını daşıyır. Avstraliya qran prisi 1985-ci ildən keçirilir. Bu dəfə yarışlar 37-ci dəfə təşkil olunacaq. 2022-ci ilin iyunun ayında təşkilatçılar müqaviləni 2035-ci ilə qədər uzadıblar. Ötən yarış 300.000-dən çox tamaşaçı “Albert parkı” ziyarət edib. Bu ümümi olaraq 39 milyon Avstraliya dolları qiymətində dəyərləndirilir.

Təqvimin ən qısa pit-leynlərindən hesab olunan Melburnda cəmi 281 metr təşkil edir, pilotlar bu məsafəni 13 saniyəyə qət edirlər.

Həmin kateqoriyadan