Azərbaycan kubokunun qalibləri

Şose velosipedi üzrə Azərbaycan kubokunun sonuncu raunduna start verilib. Allsport.az saytı xəbər verir ki, oktyabrın 2-də baş tutan 4-cü mərhələnin son yarış günündə həm qadın, həm də kişilər Şamaxı yolunun 36-cı km-dən start götürməklə, 4,5 km məsafəyə dağa fərdi ötüşmədə mübarizə aparıblar.

Beynəlxalq velosipedçilər ittifaqının mövcud qaydalarına əsasən, bu rəqabətdə bütün yaş kateqoriyaları üzrə idmançılar iştirak ediblər. Ümumilikdə 70 nəfərə yaxın qoşaçarxçı qalib olmaq üçün mücadilə edib.

Qadınlarda ən yaxşı nəticəni Viktoriya Sidorenko (ROEQİUGVM) göstərib.

17 yaşadək oğlanlarda Tural İsrafilov (ROEQİUGVM), gənc oğlanlar və elit/U-23 yaş kateqoriyasında Musa Mikayılzadə (MSN) hamıdan sürətli olub.

Bu yarışın nəticələri bəlli olandan sonra bütün mərhələlər üzrə velosipedçilərin qazandıqları xallar hesablanaraq Azərbaycan kubokunun qalibləri də müəyyənləşdirilib. Qadınlarda Lalə Əbdürəhmanova (Təhsil RİM, 58 xal), 17 yaşadək oğlanlarda Ravi Rzayev (ROEQİUGVM, 59 xal), gənc oğlanlar və eElit/U-23-də Musa Mikayılzadə (MSN, 68 xal) qızıl medal qazanıblar.

Həmin kateqoriyadan