- Baxış sayı: 50
- 11 Avqust 2026 22:12
- Baxış sayı: 250
- Avqust 12, 2026
- 0

Bolqarıstanda keçirilən “Sofia divinq kap” beynəlxalq turnirində suya tullanma üzrə yeniyetmələrdən ibarət yığmanın üzvü Mehri Ağayeva uğurlu çıxış edib.
Allsport.az xəbər verir ki, Azərbaycan millisinin üzvü qızlar arasında “E” qrupu üzrə bir metr tramplindən tullanma növündə mübarizə aparıb.
O, 115,20 xal toplayaraq yarışı ikinci pillədə başa vurub və gümüş medal qazanıb.