- Baxış sayı: 44
- 17 Sentyabr 2026 18:37
- Baxış sayı: 74
- Sentyabr 17, 2026
- 0

Millimizin qapıçısı Valentina Salamahanın şərəfini qoruduğu «Bietiqheym» klubu qadın həndbolçuların Bundesliqada növbəti matçına çıxıb. Allsport.az saytı xəbər verir ki, çempionatın öncülü 11-ci turda evdə «Bayer»lə görüşüb.
Yarışın ortababaı ilə rahat keçib. İlk hissədə 22:7 üstün olan Valentina Salamahanın komandası, növbəti yarıda da təşəbbüsü əldən verməyərək 35:25 hesabı ilə qalib gəlib.
Bu görüşdə qapısımız meydanda olub. «Bietiqheym» yarış cədvəlində maksimum nəticə, 22 xalla 1-ci yerdə qərarlaşıb. Lider növbəti görüşünü yanvarın 25-də səfərdə «Bukstuxude»yə qarşı keçirəcək.