- Baxış sayı: 86
- 05 Noyabr 2026 12:51
- Baxış sayı: 363
- Noyabr 09, 2026
- 0

Sentyabrın 9-da Azərbaycanda ilk dəfə velosiped idmanının BMX növü üzrə ölkə çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, Bakıda yerləşən veloparkda qrup yarışında (1 dairə) mübarizə olacaq. Qaliblər hər yaş kateqoriyasında ən yaxşı vaxta görə müəyyənləşəcək.
Ölkə çempionatının keçirilməsində məqsəd bu növün təbliği və inkişafı, perspektivli idmançıların aşkar edilməsi, müxtəlif yaş kateqoriyalarında idmançıları və idman həvəskarlarını aktiv velosiped sürməyə cəlb etmək, regionlarda əhali arasında bədən tərbiyəsi, sağlamlıq və idman fəaliyyətinin aktivləşdirilməsidir.