“Bridgestone” çempionata qopula bilər

Allsport.az saytı xəbər verir ki, Yaponiya markası 244 qran pridə şin tərəfdaşı qismində iştirak edərək, 1976-2010 ci ilədək çempionatın rəsmi partnyoru olub. Yayılan şayələrə əsasən, onlar 2025-2027 ci il mövsümü üçün FİA tərəfindən təşkil olunan tenderə qatılmaq istəyir.

Asiyalılar müəyyən təcrübəyə malikdilər və hazırki tərəfdaş “Pirelli” nin yeni rəqibi peyda olarsa, yarışların federasiyası FİA öz tələblərini irəli sürə bilər.

Hələlik “Bridgestone” rəsmi müraciət etməyib. Hazırda “Pirelli” şin təminatçısı potensial təçhizatçının tələblərini əks etdirən 50-səhifəlik sənədi incələyir.

Həmin kateqoriyadan