“Bu, əsl döyüş, çox güclü iradəli qələbə idi”

“Bu, əsl döyüş, çox güclü iradəli qələbə idi”

Rusiyalı tennisçi Mirra Andreyeva Fransa açıq çempionatının ikinci tur matçında belaruslu Viktoriya Azarenka üzərində qələbəsini şərh edib.

Allsport.az xəbər verir ki, 2 saat 33 dəqiqə davam edən görüş 6:3, 3:6, 7:5 hesabı ilə başa çatıb.

“Karyeramda ən vacib və əsas qələbələrdən birini qazandım. Əsas o idi ki, hər top üçün sona qədər mübarizə apardım. Çox yaxşı, uzun və gərgin matç. Qələbə qazandığım üçün çox şadam. Bu, əsl döyüş, çox güclü iradəli qələbə idi”, – Andreyeva “championat”a açıqlamada deyib.

Həmin kateqoriyadan