- Baxış sayı: 75
- 26 İyul 2026 11:52
- Baxış sayı: 162
- İyul 22, 2026
- 0

“Sabah” basketbol komandasının FİBA çempionlar liqasının əsas mərhələsindəki rəqibləri bəlli olub. Allsport.az xəbər verir ki, bu, turnirin püşkatma mərasimindən sonra müəyyənləşib.
Azərbaycan çempionu “A” qrupunda Türkiyənin “Trabzonspor”, Fransanın “Nanter-92”, Litvanın “Ritas” klubları ilə üz-üzə gələcək.
Əsas mərhələyə oktyabrın 6-da start veriləcək. Qrupun qalibi birbaşa ən güclü “16-lığ”a vəsiqə qazanacaq. İkinci və üçüncü yerləri tutan komandalar isə yan qrupun müvafiq təmsilçiləri ilə 3 oyunluq seriyada 2 qələbəyədək davam edən “play-in” mərhələsində üz-üzə gələcəklər.