- Baxış sayı: 93
- 12 İyun 2026 15:59
- Baxış sayı: 111
- İyun 25, 2026
- 0

Xocasəndə yerləşən dağ velosipedi parkında U-15, U-17 gənc oğlanlar, həmçinin elit/U-23 Bakı kuboku keçirilib. Allsport.az saytı xəbər verir ki, gərgin idman mübarizəsində adı ilk çəkilən yaş kateqoriyalarında ən sürətli Maksim Polikarpov olub. Qəhrəman Hacızadə 2-ci, Cavid Qəfərli isə 3-cü yerə çıxıblar.
Kişilərdə Hüseyn Bağırzadə hamıdan yaxşı nəticə göstərib. Onun ən yaxın izləyicisi Rasim Əlizadə olub. İlk üçlüyü Mübariz Süleymanov tamamlayıb.
Mükafatlandırı AVF-in baş katibi Elnarə Musayeva və federasiyanın hakimlər kollegiyasının üzvü Səbinə Xankişiyeva təqdim ediblər.