Dörd qitə çempionatının ritm rəqsində qalib gəldilər

Dünya çempionatınlarının üçqat mükafatçıları Payper Gilles və Pol Puarye Seulda keçirilən dörd qitə çempionatında ritm rəqsi üzrə birinci yeri tutublar.
Allsport.az xəbər verir ki, kanadalılar çıxışlarına görə 87,22 xal toplayıblar. İkinci yeri ABŞ-dan olan ikiqat dünya çempionları Medison Çok və Evan Beyts (86,21) tutub. İlk üçlüyü kanadalı Marjori Lajua və Zahari Laqa (82,86) tamamlayır.
Yekun rəqs duetləri 22 fevral şənbə günü nümayiş olunacaq.

Həmin kateqoriyadan