Dövlət qurumlarının əməkdaşları arasında yarış

Dövlət qurumlarının əməkdaşları arasında idman dırmanması üzrə yarış keçirilib.

Allsport.az xəbər verir ki, yarışda 7 dövlət qurumundan 17 əməkdaş (6 qadın, 11 kişi) iştirak edib.

Yekun nəticələrə görə, kişilər arasında fövqəladə hallar nazirliyinin (FHN) əməkdaşı Anar Novruzov birinci olub. Müdafiə Sənayesi Nazirliyinin əməkdaşı Rauf Həsənli yarışı ikinci, SOCAR-ın əməkdaşı Zülfiqar Məmmədov isə üçüncü pillədə başa vurublar.

Qadınlar arasında Fərqanə Səhrayeva (FHN), İlahə Çələbiyeva və Aysu Kərimzadə (hər ikisi Gənclər və İdman Nazirliyi) ilk “üçlük”də qərarlaşıblar.

Həmin kateqoriyadan