- Baxış sayı: 41
- 17 İyul 2025 16:58
- Baxış sayı: 208
- İyul 17, 2025
- 0
13–20 iyunda Budapeştdə cüdo üzrə böyüklər arasında dünya çempionatı keçiriləcək.
Allsport.az xəbər verir ki, mötəbər turnirdə Azərbaycanı 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edəcək.
Milli komandanın üzvləri performans direktoru, kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov, Elçin İsmayılov, Robert Kravçik və Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Əminə Əbdullətif və böyük məşqçi Saşa Herkenrat-Vimarın rəhbərliyi ilə tatamiyə çıxacaqlar.
Laslo Papp idman arenasında keçiriləcək dünya çempionatında fərdi mübarizələr 13–19 iyunda, qarışıq komanda yarışı isə 20 iyunda baş tutacaq.
Dünya çempionatına yollanacaq heyəti təqdim edirik:
Kişilər
60 kq
Əhməd Yusifov
66 kq
Ruslan Paşayev
73 kq
Hidayət Heydərov
Rəşid Məmmədəliyev
81 kq
Səlim Tçkayev
90 kq
Elcan Hacıyev
Vüqar Talıbov
100 kq
Səlim Kotsoyev
+100 kq
Uşanqi Kokauri
Qadınlar
48 kq
Leyla Əliyeva
Könül Əliyeva
52 kq
Gültac Məmmədəliyeva
57 kq
Fidan Əlizadə
Qarışıq komanda yarışı
70 kq
Aytac Qardaşxanlı
Günel Həsənli