Dünya çempionu keçmiş komandası barədə nə deyib?

Allsport.az saytı xəbər verir ki, almaniyalı sabiq pilot Niko Rosberq “Mersedes” komandası haqqında bəhs edib. 2016-ci ilin Formula-1 çempionatının qalibi “gümüşü oxlar”in rəhbəri Toto Volfu yüksək qiymətləndirib: ””Mersedes” üçün bugünkü vəziyyət çox çətindir. Onlar ən böyük uğur hekayəsinə imza ataraq, ardıcıl 8 dəfə Mühəndislər kubokunu qazandılar. İndi birdən-birə ötən illə müqayisədə daha da qeriləmək çox ağırdır. Mən də bu komandanın bir parçası olmuşam.

Toto Volfun iş prinsipi, səriştəsinə bələdəm. Hər bir uğurun sonu var. Kollektiv üçün yenidən başlamaq, düzgün qərarlar qəbul etmək, bolidi yenidən təkmilləşdirmək asand olmayacaq. İstənilən dirçəliş adətən böyuk nəticədən öncə uğursuzluq ilə başlayır. Lüisin komandadan ayrılacağına inanmıram. O, hələ motivasiyalıdır. Daha bir çempionluq titulunu qazanmaq istəyir və bunun üçün çox çalışır.

Bəhreyndə Corc ilə Lüis “Mersedes” qarajında monitorların qarşısında gecə saatlarına-dək oturaraq, trası sonuncu tərk edənlər sırasında olublar. Corc ilə rəqabət, Lüisi ruhlandırır. Eyni səviyyədə çıxış edirlər, lakin Həmilton öndə olmaq istəyir. Onun ən çox istədiyi, liderlik uğrunda yenidən mübarizəyə qayıtmasıdır”.

Həmin kateqoriyadan