Elçin Əsədov “Zəfər yolu”nu 1-ci qət edib

“Əziz Şuşa” beynəlxalq veloturunun 2-ci mərhələsi keçirilib. Allsport.az saytı xəbər verir ki, 8 ölkədən 13 komandanın qatıldığı yarış Füzuli hava limanından başlayıb, Şuşa şəhərində “Qarabağ” mehmanxanasının qarşısına qədər davam edib. Paleton “Zəfər yolu” ilə 71 km məsafə qət edib.

Şose velosipedinin qrup ötüşməsində millinin öncülü Elçin Əsədov finişə hamıdan tez çatıb. Ona sarı köynək təqdim edilib. Özbəkistanın “Tashkent City” klubunun üzvü Aramcan Sünnətov gümüş, Monqolustan seçməsinin üzvü İderbold Bold 3-cü olublar.

Həmin kateqoriyadan