Fernando Alonso: Mən batareyada yaranan problem üzündən maşının gücünü itirirdim

“Maklaren”in pilotu, Formula-1 Avropa qran-prisinin rəsmi səfiri Fernando Alonso finişə çata bilmədiyi Avstriya mükafat yarışında çıxışını şərh edib. Allsport.az saytı xəbər verir ki, o, nəticəyə belə aydınlıq gətirib:

“Bəxtimiz gətirmədi. Çətin yürüş idi. 3-cü və ya 4-cü dövrədən başlayaraq mühərrik pis işləyirdi. Mən batareyada yaranan problem üzündən maşının gücünü itirirdim. Biz yürüşdən çıxmaq həddində idik, son nəticədə elə də oldu.

Biz bugünkü problemlərdən ibrət dərsi almalıyıq. Eyni zamanda müsbət məqamlardan faydalanmalıyıq. Dəyişkən təsnifat yarışlarında maşınımız rəqabətə davamlı idi, Censon isə komanda üçün bir neçə xal topladı”.

Həmin kateqoriyadan