FİA təlimatı açıqladı

Beynəlxalq avtomobil federasiyası (FİA) Formula-1 üzrə dünya çempionatı üçün media nümayəndələrinin akkreditasiyası təlimatını təqdim edib.

Allsport.az xəbər verir ki, bu təlimat yarışlara qeydiyyat, tələb olunan sənədləri və ümumi meyarları əhatə edir. Akkreditasiya yalnız müəyyən keyfiyyət və tiraj tələblərinə cavab verən media orqanları, əsasən motosport və idman jurnalistləri, fotoqraflar və redaktorlar üçün nəzərdə tutulub.

Turnirdə media nümayəndələrinin akkreditasiya prosesində diqqət yetirilən əsas amillər arasında media orqanlarının peşəkarlığı, təcrübəsi və əvvəlki yarışlarda göstərdikləri fəaliyyət yer alır. Bu meyarlar media nümayəndələrinin akkreditasiyadan keçməsində mühüm rol oynayacaq.

Akkreditasiya prosesi yalnız FİA-nın və “Formula One Management” (FOM) şirkəti tərəfindən qərarı ilə həyata keçirilir və istənilən vaxt xəbərdarlıq edilmədən ləğv edilə bilər.

Yerli media nümayəndələri üçün akkreditasiya müraciətləri Bakı şəhər halqası əməliyyat şirkəti (BŞH) tərəfindən qəbul ediləcək. Qeydiyyatın tarixi yaxın zamanda açıqlanacaq.

Bakı bu ilki sürət yarışına 19-21 sentyabrda ev sahibliyi edəcək.

Həmin kateqoriyadan