Formula-1-in keçmiş rəhbəri “Ferrari”nin üstünlüyünə sevinir

Formula-1-in sabiq rəhbəri Berni Ekklstoun “Ferrari”nin şəninə tərif deyib. Allsport.az saytı xəbər verir ki, o bu komandanın çempionluq uğrunda mübarizəyə qoşulması ümumi durumu yaxşılaşdırdığını söyləyib. “Mersedes” 2014-2016-cı illərdə baş tutan 59 yarışda 51 qələbə qazansa da, yeni mövsüm “gümüşü oxlar” üçün elə də asan başlamayıb. “Ferrari” bu il keçirilən 4 yarışın ikisində qalib gəlib. F-1.az xatırladır ki, Fettel hazırda sürücülər çempionatında rəqibi Həmiltonu 13 xal qabaqladığı halda, Mühəndislər mubokunda “qırmızılar” “Mersedes”ə sadəcə bir xal uduzurlar.

“Növbəti yarışlarda Lyuislə Sebastyanın çempionluq uğrunda mübarizə aparacağını düşünürəm. Bu mübarizəni görmək maraqlı olacaq. Bu mövsüm Ferrari mükəmməl geridönüş edərək, hamını təəccübləndirib. Bunun hesabına idmana olan marağın artacağını düşünürəm. Hamı Mercedes-in hegemonluğundan bezmişdi. Buna görə də indi hamı xoşbəxt olacaq”- deyə, Berni Ekklstoun əlavə edib.

Həmin kateqoriyadan